Sabirabadda VAZ “KamAZ”la toqquşdu, iki nəfər yaralandı

23:27 12-10-2019 7

Sabirabadda yol qəzasında 2 nəfər xəsarət alıb.  

HerGun.Az-ın məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Sabirabadın Çöl Beşdəli kəndi ərazisindən keçən hissəsində baş verib.  

“VAZ-2106” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.  

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Yaralılar, Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Şirinov Camil Şamil oğlu və Şirinov Ramil Kərim oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır.