“Bakı Metropoliteni”nə yeni mətbuat katibi təyin olundu

10:50 14-06-2018 124

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin olunub. 

HerGun.Az xəbər verir ki, Bəxtiyar Məmmədov “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.

Bu barədə əvvəlki mətbuat katibi Nəsimi Paşayev öz “Facebook” səhifəsində məlumat verib.

“Çox söz yazmayacam. Mən metroya gələndə 5 ildi ki, ordaydı. 4 il 3 ay bərabər işləmişik. Metronu məndən daha yaxşı bilir. Ən yaxşı köməkçim idi. 2017-ci ilin yanvarından şöbə rəisinin müavini idi. Yəni işi yaxşı bilir. Sadəcə ilk başda biraz çətin olacaq. Sədrin mətbuata və ictimaiyyətə münasibəti dəyişməyib. Deməli əlaqələr, operativlik əvvəlki qaydada olacaq. Sadəcə nəbzi tutmaq, vərdiş, risk və sair kriteriyaları nəzərə alın. İnanıram ki, münasibətlər daha da yaxşı olacaq. Hər kəsə uğurlar!”