Türkmənbaşı güc strukturlarının rəhbərlərini dəyişdi

11:00 14-06-2018 114

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov milli təhlükəsizlik naziri, polkovnik Dovrangəldi Bayramovu “işində buraxdığı ciddi çatışmazlıqlar” səbəbindən vəzifəsindən azad edib. 

HerGun.Az xəbər verir ki, bununla bağlı yerli KİV-lər məlumat yayıb. 

Bundan başqa, Berdiməhəmmədov müdafiə naziri və sərhəd xidmətinin rəisini də vəzifəsindən azad edib. 

Yeni milli təhlükəsizlik naziri 2011-2015-ci illərdə bu postu tutan general-polkovnik Yaylım Berdiyev təyin edilib. 

Yeni müdafiə naziri sərhəd xidmətinin keçmiş rəisi general-mayor Beqenç Qundoqdıyev, sərhəd xidmətinin rəisi isə müdafiə nazirinin sabiq müavini polkovnik Şadurdı Durdıyev olub.