Oqtay Əsədovun neçə köməkçisi var?

13:40 07-11-2019 594

Milli Məclisin sədri Oqtay Əsədovun dörd köməkçisi var.

HerGun.Az-ın məlumatına görə, spikerin köməkçilərindən Aydın Cəfərov MDB Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndəsidir.

Milli Məclis sədrinin digər köməkçisi Nigar Qasımovadır. N.Qasımova həm də İcraya nəzarət sektorunun müdiridir.

O.Əsədovun digər köməkçiləri isə Ruslan İsmayılov və Füzuli Abbasovdur. Onların digər vəzifələri yoxdur.

Qeyd edək ki, Oqtay Əsədov ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub.
2015-ci il noyabrın 1-də 45 saylı Abşeron seçki dairəsindən beşinci çağırış Milli Məclisə deputat seçilib.

MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

Evlidir, iki övladı var.

Aqşin Kərimov