İngilis futbolçular rus çörəyini yeməkdən çəkindilər

11:05 14-06-2018 118

İngiltərə yığmasının üzvləri rus çörəyi və duzundan narahat olublar və onu yeməyiblər. 

HerGun.Az xəbər verir ki, DÇ-2018-də iştirak etmək üçün İngiltərə yığması Sankt-Peterburq şəhərinə gəlib.

Ancaq ingilis futbolçular Rusiyanın ənənəvi qarşılanma mərasimində iştirak etməkdən boyun qaçırıblar. 

Son məşq ərəfəsində Zelenoqorsk rayonunun rəhbərliyi komandanın baş məqşçisi Qaret Sauteytə və hücumçu Harri Keynə ənənəvi karavay və rus samovarı hədiyyə ediblər. 

Britaniyalılar “duzlu çörəyi” qəbul ediblər, ancaq yeməkdən imtina ediblər. 

Bundan əvvəl Moskvanın Kratova bazasında Portuqaliya yığması üçün ənənəvi qarşılanma mərasimi keçirilib. “Duzlu çörəyi” ilk olaraq Kriştianu Ronaldu dadıb.