Şərqi Azərbaycan vilayyətində güclü zəlzələ baş verdi – Ölən və yaralananlar var

07:20 08-11-2019 461

İranın şimal-qərbində 5.9 bal gücündə zəlzələ baş verib.

Press TV” xəbər verir ki, təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 70 nəfər isə yaralanıb.

5,9 bal gücündə zəlzələ Bakı vaxtı ilə 02:47-də Təbrizdən 156 kilometr aralıqda qeydə alınıb.

Avropa seysmoloqlarının bildirdiyinə görə, zəlzələnn ocağı 62 kilometr dərinlikdə yerləşib.

İranda baş vermiş zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib – bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.