Qela Vasadze: Gürcüstanda inqilab qoxusu yoxdur

15:30 14-06-2018 36

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili öz postunu hökumətdəki daxili mübarizə səbəbindən tərk edib. 

Bu sözləri HerGun.Az-a açıqlamasında gürcüstanlı siyasi analitik Qela Vasadze deyib. 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili dünən axşam saatlarında istefa verdiyini açıqlayıb. O, hakim “Gürcü arzusu” partiyası tərəfindən qurulan hökumətə iki il yarım rəhbərlik edib.

Onun fikrincə, Gürcüstanda inqilabın olacağını yalnız siyasətdən kənar insanlar danışa bilər.

“Gürcüstanda heç bir inqilab qoxusu yoxdur. Hazırda Gürcüstanda baş nazir postu uğrunda həlledici mübarizə mərhələsi başlayıb”, - Vasadze bildirib. 

Əli Məmmədov