BDU-dan Bayraq Gününə töhfə: “Üç rəngin kölgəsində!” - FOTO/VİDEO

15:20 09-11-2019 457

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 7-9 noyabr tarixləri arasında “Üç rəngin kölgəsində!” adlı fləşmob keçirib. 

Bayraq xalqın birlik, həmrəylik və suverenlik rəmzidir. Elə bu səbəbdəndə Bayraq Günü ilə bağlı xüsusi hazırlıq işləri görən BDU THİK 23 mindən çox BDU tələbəsinin diqqətini 9 noyabr Dövlət Bayraq Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək məqsədi ilə belə bir fləşmob təşkil edib.

BDU THİK sədri Nihad Allahyarlı üç mindən çox tələbənin bu prosesə cəlb edildiyini, simvolik olaraq “Üç rəngin kölgəsində!” adlı könüllü heyətinin formalaşdırıldığını deyib. Fləşmob çərçivəsində universitetin 2000-dən çox pəncərəsindən Azərbaycan Respublikasının Dövlət Bayrağı asılıb və proses davam etməkdədir. Həmçinin rəsm klubunun fəalları 500-dən çox gəncin üzünə Azərbaycan bayrağı çəkərək fləşmoba dəstək veriblər. Fləşmob bayraq yürüşü ilə yekunlaşıb.

Sosial mediada sürətlə paylaşılan fləşmobun rəsmləri və videoları böyük marağa səbəb olub və minlərlə baxış və bəyənma alıb. Həmçinin əyani olaraq fləşmobu görən 30 mindən çox BDU tələbə, müəllim heyəti və hazırlanan tv reportajlar ölkə ictimayyəti tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Facebook və instagram sosial şəbəkələrində böyük izləyicisi olan səhifələr flaşmobla bağlı müxtəlif paylaşımlar edib.