Süni intellekt ilk dəfə olaraq film çəkdi – VİDEO

23:20 14-06-2018 24

Süni intellekt təkcə mürəkkəb riyazi misalların həlli və hesablamaların aparılmasında, müxtəlif elmi kəşflərdə insanlara kömək etmir, eyni zamanda tədricən incəsənətdə də öz sözünü deyir.

HerGun.Az “Hi-News” nəşrinə istinadən xəbər verir ki, buna qədər ssenari yazan, mahnı bəstələyən süni intellekt bu dəfə əsl bədii film ərsəyə gətirib.

“Cetson” adlı süni intellekt özünə “Bencamin” adını seçib.  Bencaminin çəkdiyi film ilk baxışdan qorxulu kino təsiri bağışlayır.

Süni intellekt bundan əvvəl Tomas Midlditçin baş rolu ifa etdiyi “Sunspring” elmi-fantastik filminin ssenarisini yazıb.  Bunun üçün əvvəl o bir neçə yüz real film ssenarisini analiz edib.

Rejisyor kürsüsünə qalxmazdan əvvəl alimlər süni intellektə bir qədər fərqli yanaşma tətbiq ediblər. Bencaminə dialoqların mənası, qısa səhnələrin təsviri və ümumi fabula ilə bağlı bir neçə ipucu verilib.

Bundan savayı Bencaminin sərəncamına Elizabet Qrey, Tomas Midıldiç, və Hemfri Kera kimi məşhur artistlərin videogörüntüləri təqdim olunub. Həmin kadrlarda aktyor və aktrisalar müxtəlif emosiyaları nümayiş etdirir və monoloqlar oxuyur.

Bütün bu materialları bir araya gətirib, hərtərəfli analiz edən və köhnə ağ-qara filmlərə baxan Bencamin nəticədə özünün “Zone Out” adlı filmini ərsəyə gətirib.

Art-haus elmi-fantastikasını xatırladan və anlamını heç cür başa düşmək olmayan qısa-metrajlı filmi təqdim edirik .

F.M.