Bakının iki ayrı rayonunda iki piyada vuruldu

06:20 27-12-2019 363

Bakıda piyadaların vurulması ilə nəticələnən iki qəza hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, hadisələrdən biri Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. 

Minik avtomobili 1976-cı il təvəllüdlü Babayev Vüqar Səfər oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ dizin əzilmiş yarası, barmaqların sıyrılmış-kəsilmjş yarası diaqnozu qoyulub.

Xətai rayonunda da yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza “Tac Mahal” restoranın yaxınlığında qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Cəfərov Nəriman Zaur oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli