Klublarımız Avroliqada məyus etdilər - YENİLƏNİR

22:00 12-07-2018 16

Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər.

Oxu.az-ın məlumatına görə, Premyer Liqamızın gümüş mükafatçısı “Qəbələ” öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edib. Gözlənilənlərin əksi olaraq, təmsilçimiz doğma azarkeşlər qarşısında 0:2 hesabı ilə məğlubiyyətə uğrayıb.

Azərbaycanı bu turnirdə təmsil edən “Keşlə” isə Malta “Baltsam”ının qonağı olub. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.

“Neftçi” isə sözügedən turnirdə Bakıda Macarıstan “Uypeşt”ini qəbul edir. Hazırda ikinci hissə davam edir, hesab 1:1-dir.

Birinci təsnifat mərhələsinin cavab oyunları 1 həftə sonra baş tutacaq.