“Viber”in fəaliyyətində problem yaranıb

02:05 13-07-2018 6
loading...

Cümə axşamı populyar “Viber” messencerinin Avropa, Ukrayna və Rusiyanın qərb hissəsi ərazisindəki fəaliyyətində nasazlıqlar müşahidə edilib.

HerGun.Az “Downdetector” saytına istinadla xəbər verir ki, problemlər Bakı vaxtı ilə saat 21.00-da meydana gəlib.  

İstifadəçilər daha çox rabitənin kəsilməsindən, ismarış göndərməyin mümkünsüzlüyündən və statusun müəyyən edilməməsindən şikayətçidirlər.