Çində partlayış: Ölənlər var

09:25 13-07-2018 15

Çinin Siçuan əyalətinin Yangçun bölgəsində partlayış baş verib. 

HerGun.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı 19 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. 

Məlumatlara görə, partlayış “Yibin Heng”da texnoloji şirkətində meydana gəlib. Hadisənin dəqiq baş vermə səbəbi məlum olmasa da, partlayışdan sonra başlayan yanğının çox uzaq məsafədən aydın göründüyü bildirilib. 

Hadisə yerinə dərhal çox sayda təcili yardım, polis və xilasedici briqadası cəlb olunub.