Nazir: Saxta əlillik təyinatları barədə qərarlar ləğv edilib

11:05 13-07-2018 15

Bu ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yalnış əlillik təyinatları barədə qərarlar 
ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb.

HerGun.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyinin İşçi Qrupunun növbəti iclasında deyib.

Nazir bildirib ki, onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün tədbirlər görülüb:

“Saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirilir”.

İlhamə Əbülfət