Azərbaycan Rusiyadan ən çox pul göndərilən ölkələr siyahısındadır

13:40 22-01-2020 374

MDB ölkələrindən olan miqrantlar son on il ərzində Rusiyadan beş trilyon rubldan çox (137,5 milyardan manatdan çox - red.) pul çıxarıblar.

“FinExpertiza”nın xəbərinə görə, pul köçürmələrindən ən çox MDB dövlətlərindən və Rusiyada məskunlaşan qonşu ölkələrdən gələn əmək miqrantları və immiqrantlar tərəfindən istifadə edildiyi qeyd olunur.

Bunlar əsasən, Rusiyadan ailələrinə və qohumlarına pul göndərən miqrantlardır.

Ən çox köçürmələrin Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin, Ermənistan, Qazaxıstan, Türkiyə və Ukrayna vətəndaşlarına edildiyi bildirilib.