Demet Akalının əri müflis oldu

18:35 13-07-2018 16

Türkiyəli məşhur ifaçı Demet Akalının biznesmen əri Okan Kurt və ailəsinə məxsus şirkətlər banklara borcu olduğu üçün bir müddətdir girov idi.

HerGun.Az xəbər verir ki, bu gün mediada şirkətə məxsus yük maşınları girov götürüldüyü, şirkətə yük verən bir çox firmaların isə şirkətlə yollarını ayırdığını yazıb.

Bildirilir ki, Olkanın şirkətinin banklara 100 milyon lirə borcu var.

Məsələ ilə bağlı Okan Kurtun vəkili isə açıqlama verərək baş verən olayı təsdiqləyib:

“Bu hadisə artıq üç aydır davam edir. Bir çox şirkətlərə borcumu ödəmişik. Digərləri ilə danışıb, məsələni yoluna qoyacağıq”. 

Pərviz Hüseyn