Dünya şöhrətli müğənni anasının ölümündən bir neçə saat sonra konsert verdi

00:00 23-01-2020 470

Dünya şöhrətli kanadalı müğənni Selin Dion dünya turnesinin son konsertində diqqət mərkəzinə düşüb.  

Xarici KİV xəbər verir ki, ulduz müğənni anasının ölümünü öyrəndikdən bir neçə saat sonra növbəti konserti üçün tamaşaçılarının qarşısına çıxıb. 

Mayamidə “American Airlines Arena”da konsret verən Selin Dion pərəstişkarlarına “bu sabah anamı itirdiyimi eştimiş olarsınız, amma mən yaxşıyam” deyib və hər kəsi təəccübdə qoyub. 

O, səhnədəki sözlərinə belə davam edib: “Anam 92 yaşındaydı, uzun zaman idi ki, xəstəliklə mübarizə aparırdı və bizimlə uzun zaman qalmayacağını bilirdik. Dünən gecə onun yanında idik. Qarşılıqlı söhbət etdik, mahnı oxuduq, ona hekayələr anlatdıq və bir-birimizə əlvida dedik”.