Nəhəng görünüşü ilə Halka bənzədilən pəhləvan evlənmək üçün xanım axtarır

02:00 23-01-2020 361

Nəhəng görüntüsü ilə cizgi film qəhrəmanı Halka (Hulk) bənzədilən 444 kq çəkisi ilə pakistanlı Ərbab Xizer Həyat evlənmək istəyir. 

“Haber Global” xəbər verir ki, ailəsinin evlilik təkidi ilə özünə uyğun xanım axtaran “Pakistanlı Halk” evlənmək istədiyi xanımın fiziki görünüşü ilə bağlı şərtlərini açıqlayıb. 

Ərbab Xizer Həyat qərarını belə ifadə edib:  

“Ağırçəkili bir həyat yoldaşım olmalıdır ki, ona zərər verməyim. Bu vaxta qədər mənimlə evlənmək istəyən xanımların hamısı çox cılız idi. Ən az 100 kq çəkisi olan bir qadınla tanış olmaq istəyirəm. Boyu da 192 sm-dən çox olmalıdır ki, birlikdə yaxşı görünək”.  

“Pakistanlı Halk” indiyə qədər 200-dən çox qadına rədd cavabı verdiyini bildirib.  

Ölkənin şimalındakı Mardan şəhərində yaşayan Ərbab Xizer Həyatın boyu 197 sm-dir. Məşhurluğunu və fiziki gücünü müxtəlif tamaşalar üçün istifadə edən nəhəng adam avtomobilləri əli ilə havaya qaldırır, iplə traktor çəkir.  

Görünüşünü qorumaq üçün xeyli əziyyət çəkən “Pakistanlı Halk” gündə 4 toyuq, 3 kq ət yeyir, 5 litr də süd içir.