Britaniya parlamenti “Brexit”-lə bağlı layihəni müsbət qarşıladı

02:20 23-01-2020 321

Böyük Britaniya parlamenti ölkənin Avropa Birliyindən çıxmasının şərtləri ilə bağlı qanun layihəsini müsbət qarşılayıb.

“RİA Novosti” xəbər verir ki, bu qanun layihəsini kraliça II Yelizaveta imzalamalıdır.

Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-I Avropa Birliyini tərk edəcək.

Bundan sonra tərəflər arasında ticarətlə bağlı danışıqlara start veriləcək.