ABŞ-da təyyarə qəzaya uğradı

03:20 23-01-2020 377

ABŞ-ın Kaliforniya ştatında təyyarə qəzaya uğrayıb.

“Lenta.ru” xəbər verir ki, təyyarə ştatın cənubunda yerləşən hava limanının ərazisinə düşüb.

Hadisə yerinə polis və yanğınsöndürən briqadası cəlb olunub.

Qəza zamanı təyyarədə dörd nəfərin olduğu qeyd edilir.

Hal-hazırda hava limanı müvəqqəti olaraq bağlanıb.