Gülmirzə Cavadov: Bu, məni çox ruhlandırır - FOTO

18:00 23-01-2020 499

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Gülmirzə Cavadov ötən gün Şağan qəsəbəsində yerli sakinlərlə görüş keçirib. 

G.Cavadov İmam Museyi Kazım məscidində ehsan süfrəsi arxasında insanlarla söhbət edib, onların suallarını cavablandırıb, əhalini narahat edən əsas məqamları birlikdə müzakirə edib:

“Bir olub, bir-birimizi dəstəkləyərək problemləri həll etməyə çalışacağıq. Bu seçkilərdə məni dəstəkləyən hər bir vətəndaşa təşəkkür edirəm, bu, məni çox ruhlandırır və mənə daha çox inam verir!”