Yeddi azərbaycanlı qadın Qazaxıstanın bu vilayətindən olan kişilərlə evlənib

20:00 23-01-2020 401

Yeddi nəfər azərbaycanlı qadın qazaxıstanlı kişi ilə ailə qurub.

Astana.kz-ın xəbərinə görə, ötən il ərzində azərbaycanlılar ölkənin Akmolinski vilayətindən olan kişilərlə evlənib.

Xəbərdə bildirilir ki, ötən il ümümilikdə 39 xarici qadın yerli sakinlərlə nikah bağlayıb və  Qazaxıstan Respublikasının vətəndaşlıq hüququnu alıblar.

Polis İdarəsinin mətbuat xidmətindən verilən xəbərə görə, onlar əsasən MDB dövlətlərinin vətəndaşlarıdır. Qazaxıstanın qoşulduğu BMT Baş Assambleyasının “Evli qadınların vətəndaşlığı haqqında Konvensiya”nın 3-cü maddəsinə əsasən sadələşdirilmiş qaydada vətəndaşlıq hüququ əldə ediblər.