Yunanıstanda fırtına: altı turist öldü - VİDEO

13:09 11-07-2019 859

Yunanıstanın şimalını, xüsusilə turizm bölgəsi Halkidikini cənginə almış fırtına nəticəsində altı nəfər ölüb.

“Anadolu” xəbər verir ki, ölənlərdən ikisi uşaqdır.

Ölənlər Çexiya, Rumıniya və Rusiyadan gələn turistlərdir. Təbiət hadisəsi nəticəsində dördü ağır olmaqla, 108-dən çox şəxs xəsarət alıb.

Bölgədə fövqəladə vəziyyət elan edilib.