Neftçalada qəza: bir nəfər öldü

14:18 11-07-2019 573

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.

10-XR-605 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşın idarəetməni itirərək, yolun kənarına aşıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər hadisə yerində həyatını itirib. Yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli