Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı - TAPŞIRIQ

16:18 11-07-2019 632

Heydər Əliyev Fondu Xalq artisti Yalçın Rzazadənin səhhəti bağlı məsələni nəzarətə götürüb. Bununla bağlı Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi tapşırıq verib.

HerGun.Az xəbər verir ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, bu gün Y.Rzazadənin Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı. Müğənninin oğlu Yusif Rzazadə atasının üç gündür səhhətinin yaxşı olmadığını, qanında zəhərlənmə aşkarlandığını və ürəyində problemlər olduğunu bildirmişdi.

Günorta saatlarında Y.Rzazadə xəstəxanadan evə buraxılmışdı.