Millimiz Universiadada neçənci sıradadır? - MEDAL SIRALAMASI

11:27 12-07-2019 768

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasına iyulun 14-də keçiriləcək yarışlarla yekun vurulacaq.

Azərbaycan idmançıları indiyədək bu yarışda dörd medal qazanıblar. Bunlardan ikisi qızıl, biri gümüş, biri isə bürünc medaldır. Bəs Azərbaycan hazırda medal sıralamasında neçənci yerdədir?

HerGun.Az-ın xəbərinə görə, millimiz hazırda 17-ci sırada qərarlaşıb.

Komandamız eyni sayda, eyni əyarda medal qazanan Çexiya ilə bu yeri bölüşür.

İlk sırada isə Yaponiya gedir - 57 medal. Bunlardan 22-si qızıl, 16-sı gümüş və 19-u bürünc medaldır.

21 qızıl medalı olan ABŞ II, 20 qızılı olan Çin III sıradadır. Qonşularımızdan Rusiya hamıdan çox medal qazanıb – 61. Amma ruslar cəmi 11 qızıl medal əldə ediblər ki, bu da onları 6-cı sıraya yuvarlayıb.

Digər qonşularımızdan İran 10, Türkiyə 14, Ermənistan 29, Gürcüstan isə 38-ci sıradadır.

Səbuhi Musayev