Nazir müəllimlərin maaşından danışdı

11:36 12-07-2019 543

Təhsil naziri Ceyhun Bayramov müəllimlərin maaşının artırılması məsələsindən danışıb.

HerGun.Az-ın məlumatına görə, nazir “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, dövlət başçısının sərəncamına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatıb, onların həftəlik dərs yükü 1.5, vəzifə maaşı iki dəfə artırılıb:

“Təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, onların orta aylıq əməkhaqqı 600 manatı ötəcək.

Peşə təhsili də daxil olmaqla, bu tədbirlər ümumilikdə 160 minədək müəllimi əhatə edib. Bu qərarlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilib və ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaq”.

C.Bayramov qeyd edib ki, son illərdə peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanıb, onların həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı isə orta hesabla iki dəfə artırılıb:

“Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib, nəticəyönümlü təhsil proqramları (kurikulumlar), yeni dərsliklər və tədris vəsaitləri hazırlanıb. Beynəlxalq təşkilatlarla birlikdə layihələrin icrasına başlanılıb”.