Qəzzada toqquşmalar: fələstinli tibb işçisi öldürüldü

23:00 10-08-2018 8
loading...

Qəzza sakinləri ilə İsrail əsgərləri arasında baş verən toqquşma zamanı fələstinli tibb işçisi qətlə yetirilib.

HerGun.Az xəbər verir ki, bu barədə yerli Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidrə bildirib.

Lakin qətlin hansı şəraitdə baş verdiyi açıqlanmır.

O, həmçinin daha 84 nəfərin də yaralandığını deyib.

Martın 30-dan başlayan “Dönüş yürüşləri” zamanı öldürülən fələstinlilərin sayı artıq 160 nəfərə çatıb.