"Kruq plyonka", "protiv", sağ-sol - "AA" seriyalı "Land Rover" - Video

14:17 12-07-2019 6

Bakıda qaydaları kobud şəkildə pozan avtomobilin sürücüsü kameraya düşüb

10 AA 166 dövlət nömrə nişanlı, “Land Rover” markalı avtomobilin sürücüsü Koroğlu Rəhimov küçəsində əvvəlcə manevr qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradır. Bununla kifayətlənməyən sürücü əks yola çıxaraq axına qaraşı hərəkətini davam etdirir. Bütün şüşələri tünd plyonkalı olan bu avtomobilin sürücüsü ardıcıl olaraq bir neçə qayda pozuntusu edir.

Manevr qaydalarına görə 40, əks istiqamətə görə 100, plyonkaya görə isə 150 manat məbləğində cərimə tətbiq edilməlidir. Həmçinin əks istiqamətə çıxdığı üçün 4 bal da yazılmalıdır. Yəqin ki, DYP bu avtomobilin sürücüsünü aşkar edərək barəsində müvafiq qaydada tədbir görəcək.(avtosfer.az)