Nyu-Yorkda koronavirusdan sağalan insanların plazmasını toplamağa başladılar

03:20 26-03-2020 463

Nyu-Yorkun donor mərkəzi koronavirusdan sağalan şəxslərin plazmasını toplamağa başlayıb.

“RİA Novosti” xəbər verir ki, həmin plazmada olan anticisimlər xəstəliyə qarşı immunitetə sahibdir.

Bu səbəbdən toplanan plazma xəstəlikdən əziyyət çəkən insanlara köçürüləcək.

Mütəxəssislər bu plazmanın digər xəstələrin koronavirusdan tez sağalmasına yol açacağını ehtimal edir.