Ermənistanda insanlar evlərini yalnız pasportla və xüsusi anketlə tərk edə bilərlər - VİDEO

13:20 26-03-2020 527

Ermənistanda fövqəladə vəziyyət rejimi sərtləşdirilib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Məlumatda bildirilir ki, küçəyə ancaq xüsusi hallarda çıxmaq olar. Bu zaman şəxsin üzərində pasport, həmçinin evdən çıxma səbəbi və qayıtma saatının qeyd olunduğu anket olmalıdır.

Bildirilir ki, qanun pozuntuları ilə əlaqədar polis artıq 286 protokol tərtib edib, 60 nəfər şöbəyə aparılıb. Bundan başqa, avtomobilinin salonunda iki nəfərdən artıq sərnişin olan 685 sürücüyə xəbərdarlıq edilib.

Ermənistanda koronavirusa 290 yoluxma halı qeydə alınıb.