G20 liderləri ilk dəfə virtual sammit keçirir

18:20 26-03-2020 487

G20 liderləri ilk dəfə virtual sammit keçirirlər.

Al Arabiya telekanalı xəbər verir ki, G20 liderləri koronavirusla mübarizə tədbirlərinə dair ilk dəfə olaraq virtual sammitə başlayıblar.

Bu il G20-yə Səudiyyə Ərəbistanı sədrlik edir və kral Salman bin Al Saud iclasda sözə başlayıb.

Kral çıxışını oxuduğu zaman digər ölkələrin rəhbərləri və beynəlxalq təşkilatların başçıları onu ofislərində monitorlarda izləyirlər.

“Biz müxtəlif səviyyələrdə qətiyyətli addımlar atmağı tələb edən koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün dünyanın ən böyük iqtisadi liderləri olaraq məsuliyyətimizi nümayiş etdirərək görüşürük”, - kral deyib.