Bakıda 45 yaşlı kişini bıçaqladılar

01:20 27-03-2020 586

Sabunçu rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.  

Naməlum şəxslərlə mübahisə zamanı 45 yaşlı Ceyhun Dadaşov bıçaq xəsarətləri alıb.  

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşridilib.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli