Britaniyalı cütlük itini ölümündən sonra klonlaşdırdı - FOTO

05:40 27-03-2020 459

Böyük Britaniya vətəndaşları olan cütlük Dilan ləqəbli itini klonlaşdırmaq qərarına gəliblər.

“Daily Star” xəbər verir ki, Lora və Riçardın sevimli iti 2015-ci ildə ölüb.

Dilan sağ ikən cütlük onun bəzi hüceyrələrini götürərək dondurub.

Məhz buna görə, itin ölümündən bir neçə il keçməsinə baxmayaraq onu klonlaşdırmaq olub.

Cütlük bunun üçün Cənubi Koreyada yerləşən “Sooam Biotech” şirkətinə müraciət edib.

Hüceyrələr veriləndən 31 gün sonra şirkət Dilanın iki klonunu hazırlamağa müvəffəq olub.

Qeyd etmək lazımdır yeni dünyaya gəlmiş küçüklər Dilanın eynisidir.