Millimiz Kiyevə çatdı

21:00 11-08-2018 5
loading...

Tarixində ilk dəfə minifutbol üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi bu gün səhər saatlarında çempionatın keçiriləcəyi Kiyev şəhərinə çatıb. 

HerGun.Az xəbər verir ki, daha sonra “Premyer Rus” otelində məskunlaşan yığma üzvləri günün ikinci yarısında Kiyevdə ilk məşqinə çıxıb. 

Xatırladaq ki, Azərbaycan millisi ilk matçını sabah Bakı vaxtı ilə 19:00-da Macarıstan yığmasına qarşı keçirəcək. 

Səbuhi MUSAYEV