Tramp vacib sənədi yeyib

22:00 11-08-2018 5
loading...

ABŞ prezidenti Donald Trampın sabiq köməkçisi Omarosa Maniqol-Nyuman xatirələr kitabında bir dəfə Trampın məxfi sənədi çeynəyərək udduğunu gördüyü barədə söz açıb.

HerGun.Az xəbər verir ki, bu barədə sözügedən kitabın bəzi hissələri sərəncamında olan “Washington Post” nəşri məlumat yayıb.

Maniqol-Nyuman yazır ki, 2017-ci ildə vəkili Maykl Koenlə Ağ Evdə görüşdən sonra Trampın vərəqi çeynədiyini görüb.

“Onun kağızı ağzına qoyduğunu gördüm... O, bakteriyalardan çox ehtiyatlandığı üçün, kağızı çeynəyib udmasına təəccübləndim. Yəqin ki, bu çox məxfi sənəd idi”, - Maniqol-Nyuman kitabında yazıb.

“Washington Post” qeyd edib ki, Ağ Evin əməkdaşları müəllifin iddialarını təkzib ediblər.

“Sərsəmləmiş: Trampın Ağ Evindən baxış” kitabı ABŞ-da avqustun 14-də satışa çıxarılacaq.