Sevgilisinin körpəsini ağladığı üçün döyüb öldürdü

21:20 27-03-2020 340

Rusiyanın Saratov vilayətində bir şəxs sevgilisinin bir yaş altı aylıq oğlunu öldürüb.

Rosbalt.ru bu barədə Rusiyanın vilayət üzrə İstintaq İdarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 22 yaşlı kişi azyaşlının başına yumruqla vurub. Onun daha əvvəl məhkumluq həyatı yaşadığı və hadisəni törədən zaman sərxoş olduğu qeyd edilib.

Körpə aldığı xəsarətdən yerindəcə ölüb. Ekspertiza zamanı onun kəllə sümüyünün sındığı müəyyən edilib.

Uşağın anası hadisə baş verən zaman işdə olduğu üçün bundan yalnız axşam xəbər tutub.

Şübhəli barəsində cinayət işi açılıb. İfadəsində o, uşağı ağladığı üçün döydüyünü deyib. Məhkəmənin qərarı ilə həmin şəxs həbs edilib.