İsraildə on minlərlə insan yəhudi dövlətinə etiraz edir

10:25 12-08-2018 5
loading...

Tel-Əvivin mərkəzində mitinqə çıxan on minlərlə insan dövlətin yəhudi xarakter daşımasına dair qanuna etiraz ediblər.

Bu barədə HerGun.Az “The Independent”ə istinadla xəbər verir.

Nəşr qeyd edir ki, bəzi etirazçılar mitinqə Fələstin bayraqları ilə çıxıblar.

İyulun 19-da İsrail parlamentinin (Knesset) qəbul etdiyi qanuna əsasən, ölkə “yəhudi xalqının milli evi” elan olunub.

Qanun Qüdsü dövlətin paytaxtı elan edərək, yəhudi təqvimini rəsmi təqvim kimi tanıyıb. Həmçinin ərəb dilinin statusu da aşağı salınıb və “xüsusi” kimi səciyyələndirilib.