Polşa çempionatında qeyri-adi hadisə - VİDEO

12:30 12-08-2018 3
loading...

Polşa “Yastşembe”sinin yarımmüdafişəçisi Patrik Skoreçki “Xoyniçanka” ilə çempionat görüşü zamanı komanda yoldaşı ilə yaranan qarşıdurmadan sonra meydandan qovulub.

HerGun.Az xəbər verir ki, xoşagəlməz hadisə oyunun sonunda baş verib. Hesab 0:0 olarkən Skoreçki həmklublusu Matsey Spixala ilə mübahisə edib və onu itələyib.

Referi bunu qeyri-idman hərəkəti kimi dəyərləndirib və yarımmüdafiəçiyə “sarı vərəqə” göstərib. Skoreçki daha öncə də xəbərdarlıq aldığı üçün meydanı tərk etməli olub.

Oyun isə qolsuz bərabərliklə yekunlaşıb.