Netanyahu: İsrail terrora qarşı kampaniyanı davam etdirəcək

17:45 12-08-2018 4
loading...

İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, Qəzzada anti-terror kampaniyası tam sürətlə davam edir və fələstinlilərin hücumları dayandırılmayana qədər başa çatmayacaq.

Bu barədə HerGun.Az “RİA Novosti”yə istinadla xəbər verir.

“Qarşılıqlı zərbələr endirilir və bu, dərhal yekunlaşmayacaq. Bizim tələbimiz birmənalıdır – atəşin tam dayandırılması. Bundan azına qane olmayacağıq.

Biz artıq HƏMAS-a məxsus yüzlərlə hədəfi məhv etmişik və hər hücuma görə İsrail ordusu HƏMAS-dan qisas alacaq.

Məqsədimiz sərhədyanı bölgələrdə sülhü bərqərar etməkdir və biz buna nail olacağıq”, - baş nazir bildirib.