Ukrayna Ali Radasının deputatı koronavirusa yoluxub

19:20 28-03-2020 450

Ukrayna Ali Radasının deputatı Anna Skoroxodda COVID-19 virusu aşkarlanıb.

Siyasətçi bu haqda özünün “Telegram” kanalında məlumat verib.

“Əlavə şayiələrin yayılmamağı üçün bildirmək istəyirəm ki, COVID-19 testimin nəticələri müsbət çıxıb. Mənimlə yaxın ünsiyyətdə olan şəxslərdən xahiş edirəm ki, 14 gün ərzində özlərini təcrid etsinlər. Xəstəliyin özümdə hiss etdiyim ilkin əlaməti qoxu hiss edə bilməməyimdir. Özününzü və doğmalarınızı qoruyun! Bir-birinizə qarşı mehriban olun”, - deyə Anna Skoroxod yazıb.