Atletika üzrə Avropa çempionatında Azərbaycan gümüş medal qazandı

00:20 13-08-2018 8
loading...

Atletika üzrə Avropa çempionatında idmançılarımızın iştirakı ilə final mərhələsi keçirilib.

HerGun.Az xəbər verir ki, kubalı legionerimiz Aleksis Kopelyo üç təkanla tullanma növündə 16.93 nəticə ilə qitə ikincisi olub. Bu, millimizin Avropa çempionatında ən yüksək nəticəsidir.
 
Digər idmançımız Nazim Babayev isə III pillədəki yunan Siamis Dimitriosdan cəmi iki sm fərq ilə bürünc medalı əldən verib və IV yeri tutub.

Çəkicatmada ukraynalı legionerimiz Anna Skidan isə final mərhələsində uğurlu çıxış edə bilməyib.

Səbuhi MUSAYEV