Millimiz debütdə şübhəli penalti ilə uduzdu - FOTO

01:20 13-08-2018 7
loading...

Minifutbol üzrə milli komandamız Avropa çempionatında debütünü rəsmiləşdirib.

HerGun.Az xəbər verir ki, komandamız yer aldığı qrupun ilk matçında Macarıstan yığması ilə qarşılaşıb. 

Hissənin əvvəlində komandamızın üzvü İlkin Hacıyev təhlükəli zərbə ilə rəqibi həyacanlandırıb. Daha sonra Asif Zeynalovun zərbəsini qapıçı dəf edə bilib. Təəssüf ki, daha sonra İlkin Hacıyev əzələsini dartaraq oyunu yarımçıq dayandırmalı olub. 

İkinci yarının yeddinci dəqiqəsində isə monteneqrolu hakim qapımıza şübhəli penalti təyin edib. Zərbəni dəqiq yerinə yetirən Ferents Bereş matçdakı yeganə qolun müəllifi olub.

Komandamızın səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və millimiz ilk matçında güclü rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Komandamızın növbəti oyunu avqustun 13-ü Bakı vaxtıyla saat 22:00-da son dünya çempionu Çexiya komandasına qarşı olacaq.

Səbuhi MUSAYEV