Türkiyəli məşhur keçmiş futbolçu koronavirusa yoluxdu

01:40 29-03-2020 343

Türkiyə millisinin və “Fənərbaxça”nın keçmiş qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.  

HerGun.Az xəbər verir ki, bu barədə eks futbolçunun həyat yoldaşı məlumat paylaşıb.  

O bildirib ki, veteran oyunçu COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib.  

Futbolçunun xanımı qeyd edib ki, ailəliklə verdikləri testlərdə onun, qızının və oğlunun analizləri neqativ çıxsa da, Rüştüdə pozitiv olub.  

Buna görə də o, xəstəxanaya yerləşdirilib.