Şou əhlinin bahalı yay tətili - FOTO/VİDEO

22:00 12-07-2019 941

Yerli şou-biznes ulduzları toylardan vaxt tapan kimi qızmar havalarda xarici ölkələrə üz tuturlar. Kimi Avropada dincəlir, kimi qardaş Türkiyədə, kimi də ölkədən kənara çıxmayıb sərinlənmək üçün bağ evinə üz tutur.

HerGun.Az şou əhlinin sosial şəbəkədə yay istirahəti ilə bağlı paylaşımlarını təqdim edir.

Son günlər mərhum Xalq artisti İlhamə Quliyevanın “taxt-tacı”na namizədliyi mövzusu ilə gündəmi çalxalayan müğənni Roza Zərgərli həm ziyarət, həm də ticarət deyərək Türkiyəyə yollanıb. Bodruma gedən Rozanın “Instagram” hesabında paylaşdığı foto və videolar müzakirələrə səbəb olub.

Yayın istisindən hovuza girib sərinlənən Zərgərlinin üzmək qabilliyyəti izləyiciləri təəcübləndirib. Xanım müğənni, həmçinin Türkiyədə klip çəkdirəcəyi barədə məlumat paylaşıb.