Tramp Şvartseneggeri “öldürdü”

22:54 12-07-2019 824

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə qeyri-ciddi hərəkətlə gündəmə gəlib.

HerGun.Az xəbər verir ki, o, bu dəfə məşhur aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneggerin öldüyünü deyib.

Bu barədə jurnalist Hanter Uolker şəxsi “Twitter” hesabından paylaşım edib. O, bildirib ki, Tramp bu ifadəni Ağ evdə keçirilən sammitdə işlədib: “Arnold Şvartsenegger? Bilirsiz necədi? O öldü... Mən orda idim”.

 

Çox keçmədən aktyor özü bu “twit”ə cavab yazıb: “Mən hələ burdayam. Vergi ödənişləri haqqında danışaq, Donald Tramp?”