Bakıda ana və qızı itkin düşüb

09:54 13-07-2019 547

Maştağa qəsəbəsində ana və azyaşlı qızı itkin düşüb.

HerGun.Az-ın məlumatına görə, hadisə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 

Sözügedən ərazidə yaşayan 1995-ci il təvəllüdlü Əhmədova Gülnar Bilal qızı azyaşlı övladı - 2014-cü il təvəllüdlü Əhmədzadə Könül Ədalət qızını da götürərək heç kəsə bir söz demədən evdən çıxıb. 

Bu barədə hüquq-mühafizə orqanlarına onun qardaşı, 1992-ci il təvəllüdlü Məmmədov Musa Bilal oğlu məlumat verib. 

Fakt üzrə Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Könül Cəfərli