Monteneqrolu müdafiəçi “Zirə”də

11:18 13-07-2019 100

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. 

HerGun.Az xəbər verir ki, Bakı klubu Miloş Bakraçla anlaşıb. 

27 yaşlı mərkəz müdafiəçisi ilə bir illik müqavilə bağlanılıb.

Qeyd edək ki, monteneqrolu futbolçu bundan öncə “Syon” (İsveçrə), “Buduçnost” (Monteneqro), “Travnik” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Jeljezniçar” (Bosniya və Herseqovina) və “Titoqrad” (Monteneqro) klublarında çıxış edib.

Miloş Bakraç Monteneqronun əsas millisi ilə cəmi bir matç keçirib. Bu, ötən ilin iyunun 2-də Sloveniya ilə yoldaşlıq oyunu zamanı baş verib.

Səbuhi MUSAYEV