Su-25 hücum təyyarələrimizdən raket zərbələri - VİDEO

11:27 13-07-2019 716

Azərbaycan Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazalarından birində yerləşən Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib.

Müdafiə Nazirliyinin məlumatına əsasən, uçuş heyətinin döyüş hazırlığının artırılması və yüksək səviyyədə saxlanılması məqsədilə planlı uçuşlar gündüz və gecə vaxtı icra olunub.

Bazalanma aerodromlarından qrup şəklində uçuşlar edən aviasiya vasitələri poliqonlarda işarələnmiş və havadan işıqlandırılan şərti düşmənin yerüstü hədəflərinə müxtəlif kalibrli aviasiya bombaları və raketlərlə hava zərbələri endiriblər.

Planlı məşqlər zamanı qarşıya qoyulan tapşırıqlar uçuş heyəti tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.