Beyləqanda ağır qəza: ölən var

15:45 13-07-2019 769

Beyləqan rayonunda yük maşını ilə avtomobil toqquşub.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun İkinci Şahsevən kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “VAZ-2106” markalı avtomobillə “MAZ” markalı yük maşını toqquşub. Nəticədə, minik maşınının sərnişini Şərif Cahangirov hadisə nəticəsində ölüb.

Sürücü Emin Qarayev isə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.